— APEX GROUP
La Luna Ocean Side Project
Layihənin başlama tarixi: 07.01.25
Layihə davam edir
“La Luna Ocean Side Project” — Dəniz Kənarında Möhkəm Təməl, Yüksək Keyfiyyət
“Apex Group” tikinti şirkəti “La Luna Ocean Side Project” layihəsinin ən fəal iştirakçılarından biridir. Bu layihə şəhərin mərkəzində, dənizə sıfır mövqedə yerləşən müasir yaşayış binaları və villalardan ibarətdir. Layihənin torpaq qazıntı, svay vurulması və jet grout işləri tam olaraq şirkətimiz tərəfindən həyata keçirilir.
Svay işləri qazma zamanı quyunun divarlarının dağılmasının və ya torpağın çökməsinin qarşısını almaq üçün polad boruların quyunun içinə endirilməsi üsuludur. Bu sistem əsasən qumlu, su çıxan və ya zəif stabil torpaq şəraitində tətbiq olunur. Qazma polad borunun içindən aparılır, bu isə quyunun formasını və diametrini qoruyur. Qazma tamamlandıqdan sonra armatur qəfəsi polad borunun içindən endirilir və tremi borusu ilə betonlama həyata keçirilir. Betonlama ilə eyni vaxtda metal boru yuxarı çəkilir və beləliklə svay dayağı formalaşır.
Eyni zamanda, “Soilmec SM14 Jet-Grout” texnikasının vasitəsilə ilə “Jet Grouting” işləri aparılır. Jet Grouting - torpağın yerində möhkəmləndirilməsi üçün yüksək təzyiqli su-sement qarışığının (jet məhlulunun) yeraltına vurulması ilə həyata keçirilən xüsusi bir torpaq bərkitmə metodudur. Bu texnologiya zəif daşıyıcı qabiliyyətə malik torpaq qatlarının möhkəmləndirilməsi, su keçirməz baryerlərin yaradılması və təməl altlarının sabitləşdirilməsi üçün geniş tətbiq olunur.
İşlər yekunlaşdıqdan sonra Load Test (Yükləmə Sınağı) və Integrity Test (Bütünlük Sınağı) aparılır.
Load Test (Yükləmə Sınağı) – svayın faktiki daşıma qabiliyyətini və oturma göstəricilərini yoxlamaq üçün aparılır. Svaylara hidravlik preslə mərhələli yük verilir və deformasiyalar ölçülür. Layihə dəyərləri ilə müqayisə edilərək svayın dayanıqlığı təsdiqlənir.
PİLE Integrity Test (Bütünlük Sınağı) – svayın iç quruluşunda çat, boşluq və ya qırılma olub-olmadığını müəyyənləşdirmək üçün vibrasiya və ya səs dalğaları ilə aparılan sınaqdır. Svayın keyfiyyəti və bütövlüyü bu üsulla yoxlanılır.
Apex Group üçün təhlükəsizlik və keyfiyyətli tikinti əsas prioritetdir. Hər mərhələdə torpaq stabilliyi, material keyfiyyəti və işçi təhlükəsizliyi ciddi şəkildə nəzarətdə saxlanılır. Biz inanırıq ki, güclü bünövrə — dayanıqlı və uzunömürlü tikililərin açarıdır. Təhlükəsiz, müasir və estetik baxımdan üstün layihələr qurmaqla şəhərin inkişafına dəyər qatmağa davam edirik.