Ana səhifə Haqqımızda Xidmətlər Layihələr FAQ Əlaqə

— HAQQIMIZDA
Xidmət göstərdiyi bütün sahələrdə uğurlu nəticələr əldə edən APEX Group fərqli yanaşması, yaradıcı həlləri, özünəməxsus tərzi və peşəkar komandası ilə müxtəlif layihələr həyata keçirir.
Vizyonumuz
Şirkətin fəaliyyət göstərdiyi sektorlarda, beynəlxalq keyfiyyət standartlarını qorumaq, etibarlı və nüfuzlu marka dəyərimizi ölkəmizdə və dünya arenasında daim artıraraq, davamlılığını təmin etməkdir.
Missiyamız
Xidmət göstərdiyimiz sahələrdə zəngin təcrübələrimizlə iqtisadiyyatın və cəmiyyətin inkişafı üçün əhəmiyyətli işlər həyata keçirən, sektorunda fərqli yanaşması və keyfiyyəti ilə rəğbət duyulan şirkət olmaqdır.
Dəyərlərimiz və etik normalarımız
Ünsiyyət və səmimiyyət – Statusundan asılı olmayaraq insanlarla səmimi ünsiyyət içərisində olmaq, insan münasibətlərini dürüstlük, güvənirlilik, nəzakət və etika çərçivəsində qurmaq kollektivimizin ortaq dəyərləridir.
Şəffaflıq, etibarlılıq və ədalətlilik – Biznes etikamız, iş mühitinə yanaşmamız, qərarlarımız, başda əməkdaşlarımız və müştərilərimiz olmaqla ətraf mühitə münasibətimiz şəffaflıq, etibarlılıq və ədalətlilik prinsiplərinə əsaslanır.
Məsuliyyətli olmaq – Biz inanırıq ki, məqsəd və missiyamıza uyğun olaraq gördüyümüz bütün işləri vaxtında və keyfiyyətlə icra etmək məsuliyyətli olmaq deməkdir. Bu bizim başlıca etik normamız və dəyərimizdir.
Komanda ruhu – İşlərimizin icrası, icrasıyla bərabər nəticəsi, məhsuldarlığı və xüsusilə pozitiv iş mühitinin yaradılması üçün komanda işi bizi birləşdirən ən vacib dəyərlərimizdən biridir.
Üstünlüklərimiz
Binalarımızın sağlam təməl üzərində yüksəlməsi bizim üçün çox önəmlidir. Layihələrimizin tikintisində ATKINS tələblərinə uyğun olaraq Avropa standartları tətbiq olunduğundan bünövrə altına vurulan svay sayı olduqca yüksəkdir. Belə ki, bütün layihələrimizdə svay sayı binaların ümumi yükündən daha çox ağırlığa uyğun olaraq hesablanıb ki, bu da zəlzələ və ya digər fövqəladə hallarda seysmik davamlılığı müvafiq dərəcəyə yüksəldir.
— APEX AGROUP
Niyə məhz biz
☑ Təcrübəli İnşaat Mühəndisləri
☑ Tikinti sahəsində təcrübə
☑ Dövlət Standartlarına uyğun layihələndirmə
☑ Ən son proqram təminatından istifadə edərək layihələndirmə
