Tez-tez verilən suallar
Fəaliyyət istiqamətləriniz hansılardır?
Şirkətimizin fəaliyyət dairəsinə layihələndirmə, təmir-tikinti, metal-konstruksiya həlləri, yol tikintisi, müştərinin istək və zövqünə uyğun interyer və eksteryer dizaynın hazırlanması daxildir. Xidmətlərimizi müştəri məmnuniyyətini əsas tutaraq yüksək keyfiyyət əsasında, dövrünün standartlarına və trendlərinə cavab verərək həyata keçiririk.
Hansı ölkələrdə fəaliyyət göstərirsiniz?
Apex Group yerli bazarda müştərilərin etimadını qazanaraq fəaliyyət sahəsini genişləndirmişdir. Mərkəz Bakı olmaqla Türkiyə, Gürcüstan və digər bölgə coğrafiyasında bir çox layihədə uğurla fəaliyyət göstərməkdəyik.
Hansı layihələrdə iştirak etmisiniz?
Portfelimizə Dəniz Mall, Su İdman Sarayı (Aquatic Center), “PORT BAKU” 2-ci layihəsi, Courtyard Hotel by Marriott Baku, Knights Bridge Residence, La Luna Ocean Side, Rahat Həyat Yaşayış Kompleksi, “YANARDAĞ” Turizm Kompleksi, Horadiz–Ağbənd dəmir yolu və M-1 Bakı–Quba avtomobil yolu kimi yaşayış, kommersiya, turizm və infrastruktur obyektləri daxildir. Tam siyahını “Layihələr” bölməsində görə bilərsiniz.
Sizinlə necə əlaqə yarada bilərik?
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küç. 148. Əlaqə: +994 50 291 11 60. E-poçt: info@apexgroup.az. Həmçinin “Əlaqə” səhifəsindəki forma vasitəsilə də bizə müraciət edə bilərsiniz.
