La Luna Ocean Side Project

- Kateqoriya
- Yaşayış
- Yerləşmə
- Bakı
- Status
- Davam edir
- Başlama tarixi
- 07.01.2025
“La Luna Ocean Side Project” — Dəniz kənarında möhkəm təməl, yüksək keyfiyyət.
“Apex Group” tikinti şirkəti “La Luna Ocean Side Project” layihəsinin ən fəal iştirakçılarından biridir. Bu layihə şəhərin mərkəzində, dənizə sıfır mövqedə yerləşən müasir yaşayış binaları və villalardan ibarətdir. Layihənin torpaq qazıntı, svay vurulması və jet grout işləri tam olaraq şirkətimiz tərəfindən həyata keçirilir.
Svay işləri qazma zamanı quyunun divarlarının dağılmasının və ya torpağın çökməsinin qarşısını almaq üçün polad boruların quyunun içinə endirilməsi üsuludur. Qazma tamamlandıqdan sonra armatur qəfəsi endirilir və tremi borusu ilə betonlama həyata keçirilir.
Eyni zamanda, “Soilmec SM14 Jet-Grout” texnikasının vasitəsilə “Jet Grouting” işləri aparılır — torpağın yerində möhkəmləndirilməsi üçün yüksək təzyiqli su-sement qarışığının yeraltına vurulması metodu.
İşlər yekunlaşdıqdan sonra Load Test və Integrity Test aparılır: svayın daşıma qabiliyyəti, oturması və iç quruluşunda çat/boşluq olub-olmadığı yoxlanılır.
Apex Group üçün təhlükəsizlik və keyfiyyətli tikinti əsas prioritetdir. Biz inanırıq ki, güclü bünövrə — dayanıqlı və uzunömürlü tikililərin açarıdır.
